Cəlilabadda yol qəzası nəticəsində 1 nəfər xəsarət alıb

Cəlilabad. 17 may. REPORT.AZ/ Cəlilabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, qəza nəticəsində 1988-ci il təvəllüdlü şəhər sakini Ağayev İbrahim Nadir oğlu yaralanıb.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 13 dekabr, 2025 / 21:28