Cəlilabadda 15 yaşlı gənc bədbəxt hadisənin qurbanı olub

Cəlilabad. 9 iyul. REPORT.AZ/ Cəlilabad rayonunda 15 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Səfərov Fərid evlərinin çardağında iş görərkən dəmir borulardan biri onun üzərinə aşıb. Nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51