Cəlilabadda yaşlı piyadanı maşın vurub

Cəlilabad. 5 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Rayonun Astanabad kənd sakini, 1956-cı il təvəllüdlü İmanova Zeynəb Qasım qızını minik avtomobili vurub.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47