Cəlilabadda yaşlı kişini maşın vurub

Cəlilabad. 1 dekabr. REPORT.AZ/ Cəlilabad şəhərində piyadavurma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, minik avtomobili 1962-ci il təvəllüdlü Şorbaçı kənd sakini Aslanov Tofiq Yadulla oğlunu vurub.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, Cərahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33