Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Cəlilabad rayonu Göytəpə şəhərində avqustun 13-də yanğın hadisəsi törədən şəxs məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"un Muğan bürosuna bildirilib ki, yanğının 1982-ci il təvəllüdlü Ziyafət Məmmədov tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində biçilmiş taxıl sahəsi və kol-kos yanıb.

Z.Məmmədov məsuliyyətə cəlb edilib.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38