Cəlilabad rayonunda evdə baş verən yanğın söndürülüb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə ötən gün Sərhədabad kənd sakini, Rza Əmirova məxsus ikimərtəbəli evdə qeydə alınıb.
Hadisə yerinə FHN-in Cəlilabad rayon yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvələri cəlb olunsa da, 6 otaqlı evin 5 otağı yanıb.
Faktla bağlı araşdırma aparılır.
Cəlilabad rayonunda yaşayış evində yanğın başlayıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Sərhədabad kəndində qeydə alınıb.
Hadisə yerinə FHN-in Cəlilabad rayon yanğından mühafizə hissəsinin 2 texnikası və 13 nəfər canlı qüvvəsi cəlb olunub.
Yanğının baş verdiyi ev sahibinin övladının bu gün şadlıq saraylarının birində toy mərasimi keçirilir.
Faktla bağlı araşdırma aparılır.