Cəlilabadda yerli sakin bıçaqlanıb

Cəlilabad. 11 yanvar. REPORT.AZ/ Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Qarazəncir kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 35 yaşlı Elməddin Ağalar oğlu Məmmədov bıçaq yarası ilə Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Yaralı Cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.

Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45