Cəlilabadda sərxoş piyadanı avtomobil vurub

Cəlilabad. 22 may. REPORT.AZ/ Axşam saatlarında Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, H.Əliyev prospektində yolu keçmək istəyən kişini “Mercedes” markalı avtomobil vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan Cəlilabad şəhər Səttərxan küçəsinin 1978-ci il təvəllüdlü sakini Hüseynov Cabbar Tarverdi oğlu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

İlkin məlumata görə, yolu keçmək istəyən piyada sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45