Cəlilabadda qrunt suları problemlər yaradıb - FOTO

Cəlilabad. 7 mart. REPORT.AZ / Cəlilabad rayonunda qar suları fəsadlar törədib. 

"Report”un Aran bürosu xəbər verir ki, intensiv yağıntılardan sonra qrunt suları rayon ərazisində təsərrüfatlara ciddi ziyan vurub. Rayonun Ocaqlı kəndində həyətlərə toplanan qrunt suları gölməçələrə çevrilib. Bəzi yerlərdə dərinliyi bir metrə çatan suyun evlərə dolma təhlükəsi yaranıb.

Əksər yerlərdə həyətyani sahələrin suyun altında qalması əkinlərin məhv olmasına gətirb çıxarıb. Kənd sakinlərinin sözlərinə görə, nisbətən çökək yerlərdə olan həyatyanı sahələrdə suyun səviyyəsinin qalxması yolları da suyun altında qoyub və piyadaların hərkətində çətinlik yaradıb.

Bəzi yerlərdə suyun quş damlarına dolması ev quşlarının tələf edib. Suyun ərazidən təmizlənməsi istiqamətində müvafiq qurumlar tərəfindən işlər davam etdirilir.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26