Cəlilabadda qadın tanışı tərəfindən döyülüb

Cəlilabad. 13 may. REPORT.AZ/ Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, Cəlilabad şəhərinin N.Nərimanov küçəsində yaşayan 1961-ci il təvəllüdlü Babayeva Gülüstan Kərəməli qızı döyülüb.

Xəsarət almış qadına Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib.

Qadının dediyinə görə, onu tanıdığı şəxs döyüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37