Cəlilabadda qadın qayınanası tərəfindən döyülüb

Cəlilabad. 15 iyun. REPORT.AZ/ Cəlilabad şəhərində qadın qayınanası və həyat yoldaşı tərəfindən döyülüb.

"Report"un Aran bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Hacıbabayeva Farimə Azad qızı müxtəlif xəsarətlərlə xəstəxanaya gətirilib.

Ona ilkin tibbi yardım göstərilib.

Qadının dediyinə görə, onu qayınanası və həyat yoldaşı döyüb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər