Cəlilabadda orta yaşlı kişini maşın vuraraq öldürüb

Cəlilabad. 12 noyabr. REPORT.AZ/ Bu gün saat 21:00 radələrində Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun rayonun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil hələlik kimliyi məlum olmayan təxminən 40 yaşlı kişini vurub. Piyada hadisə yerində keçinib.

Meyit Cəlilabad morquna gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50