Cəlilabadda oğurluq hadisəsi baş verib

Cəlilabad. 19 mart. REPORT.AZ/ Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib.

"Report" xəbər verir ki, 12 ədəd su sayğacı naməlum şəxs tərəfindən oğurlanıb.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin şəhər sakini Rayəddin Əhmədov tərəfindən törədildiyi məlum olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26