Cəlilabad rayonunda ev yanıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xəlilli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 45 yaşlı Eldəniz Bağırova məxsus 100 kvadratmetr olan birmərtəbəli evdə qəfil yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Buna baxmayaraq ev tamamilə yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.