Cəlilabadda avtomobil mal-qaranı vurub, 5 inək tələf olub

Cəlilabad. 28 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda avtomobil mal-qaranı vurub. 

"Report"un Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında, Ələt-Astara magistral yolunun bu rayonun Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobil mal-qara sürüsünü vurub. Qəza zamanı sürücü yüngül xəsarət alıb. Ona hadisə yerində ilkin tibbi yardım göstərilib. Qəza nəticəsində azı 5 inək tələf olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41