Cəlilabadda avtomobil küçə ilə gedən piyadanı vurub

Cəlilabad. 6 mart. REPORT.AZ/ Bu gün axşam saatlarında Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, şəhərin Azərbaycan prospekti ilə gedən 1993-cü il təvəllüdlü rayon sakini Mahmudov Nazim Bayram oğlunu “Mercedes” markalı avtomobil vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47