Cəlilabadda 7 yaşlı şagirdi avtomobil vurub

Cəlilabad. 15 fevral. REPORT.AZ/ Cəlilabad rayonunda 7 yaşlı şagirdi avtomobil vurub. 

"Report"un Aran bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. 

Belə ki, Cəlilabad şəhərinin Azərbaycan küçəsində yaşayan 2011-ci il təvəllüdlü Zeynəb Xalid qızı Fətullayevanı məktəbdən evə qayıdarkən minik avtomobili vurub. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47