Cəlilabadda 55 yaşlı qadın intihar edib

Cəlilabad. 24 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Əhməd Cavad küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 55 yaşlı Gülqız Xamid qızı Abbasova sirkə turşusu içərək intihar edib. Hələlik intiharın səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41