Cəlilabadda 18 yaşlı oğlan qətlə yetirilib

Cəlilabad. 11 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə dünən axşam saatlarında rayon mərkəzində qeydə alınıb.

Məlumata görə, Cəlilabad şəhər sakini, Azərbaycan prospekti 17 ünvanında yaşayan 1999-cu il təvəllüdlü Emin Elman oğlu Abdullayev ürək nahiyəsindən bıçaq zərbəsi alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

E.Abdullayevin universitet tələbəsi olduğu bildirilir.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50