Cəlilabad sakinini elektrik cərəyanı vuraraq öldürüb

Cəlilabad. 7 may. REPORT.AZ/ Cəlilabad rayon sakinini elektrik cərəyanı vuraraq öldürüb. 

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Muğan kəndində baş verib.

Həmin kənd sakini 1970-ci il təvəllüdlü Əsmətov İlham Yunis oğlunu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər