Cəlilabad sakinini əkin sahəsində ildırım vurub 

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Alar kəndində sakin, 1976-cı il təvəllüdlü Quliyev Füzuli Mirzəbala oğlunu əkin sahəsində ildırım vurub.

O, koma vəziyyətində xəstəxanaya çatdırılıb.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19