Cəlilabad sakini itkin düşüb 

Cəlilabad rayon sakini itkin düşüb.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Seyidbazar kənd sakini, 2004-cü il təvəllüdlü Mirzəyev Əlisa Hüseynağa oğlu ötən gün evi tərk edərək, itkin düşüb.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin şəxsi tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 10 yanvar, 2026 / 19:12