Cəlilabad sakini bıçaqlanıb

Cəlilabad. 12 fevral . REPORT.AZ/ Cəlilabad rayon sakini bıçaqlanıb.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Məhəmməd Hadi küçəsində qeydə alınıb. 

Belə ki, rayon sakini, 1992-ci il təvəllüdlü Rəsul Ümüd oğlu Vəliyev sol böyrək nahiyəsindən bıçaqlanıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, Cərrahiyyə şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41