Cəlilabad rayonunda gənc qızı maşın vurub

Bakı. 14 mart. REPORT.AZ/ Cəlilabad rayonunun Abdullu kəndində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, "VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən həmin kəndin 1991-ci il təvəllüdlü sakini Quliyeva Əfsanə Ələmdar qızını vurub.

Yaralı avtomobilin sürücüsü tərəfindən dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun müalicəsi davam edir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33