Nizami metrostansiyası qarşısında yeniyetmə döyülüb

Bakı. 9 iyun. REPORT.AZ/ Bakının Yasamal rayonunda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, insident Bakı metropoliteninin Nizami stansiyası qarşısında qeydə alınıb.

2002-ci il təvəllüdlü Zeynalov Fikrət Şöhrət oğlu mübahisə zəminində söyüş söydüyünə görə, tanımadığı şəxs tərəfindən döyülüb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər