Bakıda daha bir mənzil iki nəfərə satılıb

Bakı. 20 aprel. REPORT.AZ/ Bakının Binəqədi rayonunda dələduzluq hadisəsi qeydə alınıb “Report”un xəbərinə görə, 57 yaşlı İslam Ağaməmməd oğlu Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2009-cu ilin yanvar ayında Ağdam rayon sakini, 51 yaşlı İlqar Rəhimov etibarından sui-istifadə edərək M.Kazimovski küçəsi, ev 5, mənzil 23-ü ona 53 000 ABŞ dollarına satıb. Lakin sonradan məlum olub ki, o, həmin mənzili Zamir adlı şəxsə təkrar satıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 10 yanvar, 2026 / 19:12