Biləsuvarda avtomobil aşıb, ölən və xəsarət alan var

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar–Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.

1989-cu il təvəllüdlü Elvin Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı avtomobil aşıb. Hadisə nəticəsində xəsarət alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Avtomobildə olan 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39