Binəqədidə yolu keçən 8 yaşlı uşağı avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 2013-cü il təvəllüdlü Məmişov Telman İsa oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol diz oynağının əzilməsi diaqnozu qoyulub. Fakt araşdırılır.

Digər xəbərlər