Binəqədidə minik avtomobili yolu keçmək istəyən piyadanı vurub - FOTO

Bakı. 15 yanvar. REPORT.AZ/ Bakıda minik avtomobili piyadanı vurub.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, 1978-ci il təvəllüdlü Həmidov Cəsarət Böyükağa oğlu Azadlıq prospektində yolu keçmək istəyərkən onu "Mercedes" markalı, 90-CP-202 dövlət qeydiyyat nişanlı avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağırdır.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.  

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41