Binəqədidə 58 yaşlı kişini avtomobil vurub

Bakının Binəqədi rayonunda 58 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Qardaşov Məhəmməd Şahruddin oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26