Bakının Binəqədi rayonunda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report”un məlumatına görə, 1987-ci il təvəllüdlü Məlikov Murad Əli oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.