Binədə orta yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb

Bakı. 10 mart. REPORT.AZ/ Bakının Xəzər rayonu ərazisində orta yaşlı kişi bıçaqlanıb.

"Report" xəbər verir ki, Binə qəsəbəsinin "Donuzçuluq sovxozu" kimi tanınan ərazisində 1988-ci il təvəllüdlü Heydərov Orxan Mənsim oğluna iki bıçaq zərbəsi vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib. O, ilkin dindirilmə zamanı hadisənin necə baş verdiyini xatırlamayıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41