Biləsuvarda zəncirvari qəza baş verib, yaralananlar var

Biləsuvar. 20 mart. REPORT.AZ/ Biləsuvar rayonunda zəncirvari yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsindəki döngədə qeydə alınıb.

Astara istiqamətində hərəkətdə olan iki "Hyundai" və "Mercedes" markalı avtomobil toqquşub. Qəzanın təsirindən avtomobillər yol kənarındakı beton dirəyə çırpılaraq yoldan çıxıblar. Hadisə zamanı avtomobillərə ciddi ziyan dəyib, sürücülərin xəsarət aldığı deyilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48