Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var

Biləsuvar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı traktorla "Mercedes" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər