Biləsuvar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, avtoqəza nəticəsində 4 nəfər, 2014-cü il təvəllüdlü Zəhra Aslanova, 1988-ci il təvəllüdlü Aysel Hüseynova, 1995-ci il təvəllüdlü Murad Məmmədli və 2013-cü il təvəllüdlü Zeynəb Aslanova xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.