Biləsuvarda minik avtomobili yük maşınına çırpılıb, 4 nəfər xəsarət alıb

Biləsuvar rayonunda minik və yük avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Minik avtomobilinin yük avtomobilinə çırpılması nəticəsində Cəlilabad rayon sakinləri - 1948-ci il təvəllüdlü Şamil Ataşov, 1958-ci il təvəllüdlü Səmayə Ataşova, 2010-cu il təvəllüdlü Həsən Nuriyev və 1978-ci il təvəllüdlü Kəmalə Ataşova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda restoranda yanğın olub 03 dekabr, 2025 / 22:44