Biləsuvarda üç avtomobil toqquşub

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhərində, Mərkəzi Poçtun qarşısında qeydə alınıb.

Qəza zamanı iki “VAZ – 2107” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda 1 yaşlı körpə ölüb 15 yanvar, 2026 / 10:22