Biləsuvarda qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

Biləsuvarda qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb.

"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində əməliyyat-profilaktiki tədbirləri davam etdirirlər.

Şöbə əməkdaşları tərəfindən keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 6 nəfər rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz saxlanılan müxtəlif markalı ov tüfəngləri könüllü şəkildə təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41