Biləsuvarda qadın qonşusu tərəfindən döyülüb

Biləsuvar. 10 avqust. REPORT.AZ/ Biləsuvar rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə şəhərin S.Əsgərov küçəsində qeydə alınıb. 

Belə ki, həmin ünvanda yaşayan 1993-ci il təvəllüdlü Səbinə Rasim qızı Rzazadə qonşusu tərəfindən döyülüb. Yaralı ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47