Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.
Belə ki, rayonun Aranlı kənd sakini, 1994-cü il təvəllüdlü Elnur Bayramovun idarə etdiyi motosiklet idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü və motosikletdə olan 1979-cu il təvəllüdlü Samir Matıyev xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.