Biləsuvarda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var

Biləsuvar rayonunda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Əsgərabad kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik avtomobili “Shacman” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü və sərnişinləri - Adıyev Alxaz Aslan oğlu, Əhmədov Elmir Nəriman oğlu və Hüseynov Ramiz Səftər oğlu xəsarət alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər