Biləsuvarda mikroavtobusun vurduğu gənc 5 gün sonra ölüb

Biləsuvarda mikroavtobusun vurduğu piyada 5 gün sonra ölüb.

"Report"un xəbərinə görə, aprelin 8-də 1969-cu il təvəllüdlü Əliyev Tofiq Ağadədə oğlu Nəsimi kəndi ərazisində idarə etdiyi “Mercedes Benz Sprinter" markalı mikroavtobusla piyada, 2005-ci il təvəllüdlü Əkbərov Rəşad Fuad oğlunu vurub.

Nəticədə R.Əkbərov aldığı bədən xəsarətlərindən Biləsuvar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq piyada aprelin 13-də xəstəxanada ölüb.

Ötən gün faktla bağlı cinayət işi başlanaraq istintaqı aparılır.

Xəbər lenti