Biləsuvarda iki minik avtomobili toqquşub, yaralanan var

Biləsuvar. 7 aprel. REPORT.AZ/ Biləsuvar rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, rayon ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində sərnişinlərdən biri - 1994-cü il təvəllüdlü Masallı rayon Qızılavar kənd sakini Kərimli Peyman İntiqam oğlu müxtəlif bədən xəsarətləri alıb.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47