Biləsuvarda iki maşın toqquşub, 1 nəfər yaralanıb

Biləsuvar. 6 noyabr. REPORT.AZ/ Biləsuvarda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış 9 saylı qəsəbə ərazisində qeydə alınıb.

On saylı qəsəbənin Cəbrayıldan olan sakini Fariz Rzaqulu oğlu Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil “Qazel” ilə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan “Jiquli”nin sürücüsü İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47