Biləsuvar. 11 avqust. REPORT.AZ/ Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən dava baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədov İlham Təzəxan oğlu tanımadığı şəxslə dava edərək müxtəlif xəsarətlər alıb. Bu zaman onları ayırmağa çalışan kənd sakini, 1980-ci il təvəllüdlü Talıbov Asif İbrahim oğlu da xəsarətlər alıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Mübahisənin səbəbləri hələlik məlum deyil.