Biləsuvarda azyaşlı yol qəzasında ağır xəsarət alıb

Biləsuvar rayonunda ata avtomobili ilə övladına xəsarət yetirib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində 2018-ci il təvəllüdlü K.Yəhyayev ağır xəsarətlər alıb.

Azyaşlı ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41