Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, köhnə Ələt-Astara avtomobil yolunun şəhərindən keçən hissəsində Biləsuvar şəhər sakini, 1973-cü il təvəllüdlü Qasımov Qardaşəli Malik oğlunu "VAZ-2106" markalı minik avtomobili vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02