Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb

Biləsuvar. 13 avqust. REPORT.AZ/ Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xırmandalı və Əliabad kəndləri arasındakı ərazidə qeydə alınıb.

Belə ki, rayonun Əliabad kənd sakini, 1983-cü il təvəllüdlü Qabil Vilayət oğlu Qasımov "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub.

Yaralı xəstəxanaya çatdırılsada, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Talaçaydan sel keçir 08 iyul, 2026 / 11:03