Biləsuvarda avtomobil aşaraq yanıb, xəsarət alan var 

Biləsuvar rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü Muradov Qeyrət Piri oğlu "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirərək avtomobilini aşırıb. Avtomobil sonra yanmağa başlayıb.

Hadisə yerinə vaxtında çatan FHN-in Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları alışan avtomobildən yaralı sürücünü xilas ediblər.

Q.Muradov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18