Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək ölüb

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Təbriz küçəsində Biləsuvar şəhər sakini, 1981-ci il təvəllüdlü Ağayev Telman Adıgözəl oğlu ehtiyatsızlıq nəticəsində şor kollektoruna düşüb.

İlkin məlumata görə, o, hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər